Prezident İlham Əliyev: "Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılmasına əlavə vəsaitlər ayırır"
Xarici siyasət
- 03 may, 2023
- 20:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hazırda Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılmasına əlavə vəsaitlər ayırır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən konfransda çıxışında bildirib.
“Gürcüstan ərazisində ötürmə qabiliyyətinin 5 milyon tona qədər artırılmasına biz təxminən 140 milyon dollar ayırdıq. Ümid edirik, bu gündən etibarən maksimum bir il ərzində biz buna nail olacağıq. Eyni zamanda, biz Gürcüstanın mövcud və planlaşdırılan dəniz limanlarının potensialı baxımından gələcək əməkdaşlığı fəal şəkildə qiymətləndiririk”, - deyə dövlətimizin başçısı qeyd edib.
Son xəbərlər
09:50
Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır
Energetika
09:47
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb - Faktiki hava
Ekologiya
09:41
Dünya Bankı: Avropada borcun artması fonunda Azərbaycan xarici borcunu azaldıb
Maliyyə
09:39
Azərbaycan Basketbol Liqasında VI tura bir oyunla start veriləcək
Komanda
09:35
Bakıda yeraltı dayanacaqdan çıxan avtomobil 71 yaşlı qadını vuraraq öldürüb
Hadisə
09:30
Azərbaycan UEFA reytinqində 24-cü pillədəki mövqeyini qoruyub
Futbol
09:26
Foto
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
Energetika
09:23
Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
Hadisə
09:13
Azərbaycan Premyer Liqasında XI tura start verilir
Futbol