Mirzoyan: Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına sadiqdir
- 17 may, 2024
- 11:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistan Cənubi Qafqazda ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sabit və dayanıqlı sülhün əldə edilməsinə sadiqliyini bir daha təsdiq edir.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Nazirlər Komitəsinin 133-cü sessiyasında bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda, yəni mayın 10-11-də Almatıda Ermənistan və Azərbaycan XİN başçıları səviyyəsində keçirilən görüşdən sonra İrəvan Alma-Ata bəyannaməsində qeyd olunduğu kimi, ərazi bütövlüyünün qarşılıqlı tanınması, dövlət sərhədlərinin delimitasiyası, eləcə də regional kommunikasiyaların açılması prosesi əsasında Cənubi Qafqazda sabit və dayanıqlı sülhə nail olmağa sadiqliyini təsdiqləyir.