MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub
- 22 oktyabr, 2026
- 18:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universiteti (MATE) ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlıq müzakirə edilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Səfir Esmira Cəfərova Gödöllö şəhərində yerləşən Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetini (MATE) ziyarət edib və universitetin rektoru professor Çaba Dyuritsa ilə görüşüb", - məlumatda bildirilib və əlavə edilib ki, görüş zamanı Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Həmçinin səfir universitetin tələbələri ilə görüşərək Azərbaycan və onun xarici siyasəti barədə məlumat verib, tələbələrin suallarını cavablandırıb.
🇦🇿 Səfir Esmira Cəfərova Gödöllö şəhərində yerləşən Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetini (MATE) ziyarət edib və universitetin rektoru professor Çaba Dyuritsa ilə görüşüb. Görüş zamanı Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivləri müzakirə olunub. Həmçinin səfir universitetin tələbələri ilə görüşərək Azərbaycan və onun xarici siyasəti barədə məlumat verib, tələbələrin suallarını cavablandırıb. 🇬🇧 Ambassador Esmira Jafarova visited the Hungarian University of Agriculture and Life Sciences (MATE) in Gödöllő and met with the Rector of the University, Prof. Dr. Csaba Gyuricza. The meeting focused on prospects for cooperation with universities of Azerbaijan. During the visit, the Ambassador also met with students, spoke about Azerbaijan and its foreign policy, and answered their questions.
— AzEmbHungary (@AzEmbHungary) October 22, 2026