Malayziyanın Azərbaycandakı sabiq səfiri Kubada diplomatik missiyaya rəhbərlik edəcək

Xarici siyasət
  • 06 iyul, 2018
  • 06:16
Malayziyanın Azərbaycandakı sabiq səfiri Kubada diplomatik missiyaya rəhbərlik edəcək
The Sun Daily

Bakı. 6 iyul. REPORT.AZ/ Malayziya Kralı V Məhəmməd ölkənin müxtəlif ölkələrə 10 səfirin təyin edilməsi haqqında sənədləri təqdim edib. 

Bu barədə "Report" "The Sun Daily"yə istinadən məlumat verir.

Səfirlərə sənədlərin təqdimat mərasimi Kuala-Lumpurda İstara Neqana Kral Sarayında keçirilib. Elçilər bir sıra ölkələrə, o cümlədən Fransa, Meksika, Şri-Lanka, Özbəkistan və s. təyin olunublar.

Qeyd edək ki, 2014-ci ildən Bakıda işləmiş Malayziyanın Azərbaycandakı sabiq səfiri Dato Roslan Tan Sri Əbdül Rəhman ölkənin Kubadakı səfiri təyin edilib.

44 filmi