Kobaxidze: Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığı strateji tərəfdaşlığın əsas sütunlarından biridir
- 30 oktyabr, 2026
- 10:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq strateji tərəfdaşlığın əsas sütunlarından biridir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Siqnaxi şəhərində Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, regionda baş verən geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqaz ölkələri arasında sülhün və sabitliyin möhkəmləndirilməsi, dinc yanaşı yaşama və dialoqun davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Baş nazir qonşu ölkələr arasında başlanmış sülh prosesini alqışladığını vurğulayıb. O, regionda sülh təşəbbüslərinin davam etdiriləcəyinə və iqtisadi inkişaf üçün yeni imkanların yaranacağına ümidvar olduğunu bildirib.
İrakli Kobaxidzenin sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında möhkəm münasibətlər və yüksək səviyyəli siyasi dialoq iqtisadi əməkdaşlığın potensialından daha geniş istifadə etməyə imkan verir.
O əlavə edib ki, tərəflərin məqsədi Gürcüstan məhsullarının ticarət potensialını artırmaq, ticarət əlaqələrini şaxələndirmək və investisiya fəaliyyətini daha da genişləndirməkdir.