İzmir təşkilatının sədri: “Seçkilərdə “AK Parti gedəcək” deyənlər Azərbaycanın və Türkiyənin gələcəyini istəməyənlərdir”

Xarici siyasət
  • 14 aprel, 2023
  • 07:43
İzmir təşkilatının sədri: “Seçkilərdə “AK Parti gedəcək” deyənlər Azərbaycanın və Türkiyənin gələcəyini istəməyənlərdir”
Bilal Saygılı

“Seçkilərdə “hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) gedəcək” deyənlər Azərbaycanın və Türkiyənin gələcəyini istəməyənlərdir”.

“Report”un xəbərinə görə, bu fikirləri AK Partinin İzmir il başqanı (təşkilat sədri) Bilal Saygılı bu gün Azərbaycan nümayəndə heyəti ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin bərabərliyi bundan sonra da davam edəcək:

“Azərbaycan nümayəndə heyəti İzmirə səfəri zamanı bir daha bizimlə birlikdə olduqlarını ifadə etdilər. İnşallah seçkilərdən qalib çıxacağıq və bu qalibiyyəti birlikdə qeyd edəcəyik”.

Azərbaycan və Türkiyəni bir-birilərinə bağlayan tarixi bağlar var:

“Dünyada bir-birilərinə yaxın olan belə bir ölkələr yoxdur. Seçkilərdə “AK Parti gedəcək” deyənlər Azərbaycanın və Türkiyənin gələcəyini istəməyənlərdir. Onların bu arzuları ürəklərində qalacaq. İnşallah bu seçkilər Azərbaycan və Türkiyə üçün xeyirli olacaq”.