İlham Əliyev: Azərbaycanda III MDB Oyunlarının uğurla keçirilməsi əlamətdar idman hadisəsinə çevrildi
Xarici siyasət
- 09 oktyabr, 2026
- 10:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda III MDB Oyunlarının uğurla keçirilməsi bütün Birlik üçün əlamətdar idman hadisəsinə çevrildi.
"Report"un Türkmənistana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.
Dövlət başçısı xatırladıb ki, yarışlar Azərbaycanın eyni vaxtda yeddi şəhərində keçirilib.
"MDB-yə üzv dövlətlərdən, eləcə də dünyanın digər ölkələrindən gəlmiş minlərlə idmançı və qonaq Azərbaycanda keçirdikləri 11 gün ərzində ölkəmizi və xalqımızı daha yaxından tanıdı. Bu cür genişmiqyaslı təşəbbüslər idmanın hüdudlarından çox-çox kənara çıxır. Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır", - İlham Əliyev deyib.
Son xəbərlər
07:26
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Ər-Riyad üzərində PUA-nı vurub
Digər ölkələr
06:45
"İnter Mayami" MLS-də "Nyu-York Red Bulls"a məğlub olub
Futbol
06:07
Tramp: "Audi" ABŞ avtomobil zavodunun tikintisinə 4,2 milyard dollar investisiya yatıracaq
Digər ölkələr
06:03
İran ABŞ gəmilərinin Fars körfəzinə girməsinə icazə verməyəcəyini bildirib
Region
05:38
Yaponiya sahillərində güclü zəlzələ olub
Digər ölkələr
05:09
ABŞ-nin müttəfiqləri "Starlink" peyk şəbəkəsindən asılılığı azaltmaq niyyətindədirlər
İKT
04:47
Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb
Region
04:30
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər
Sağlamlıq
03:52
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
Region