Enn Vambui: Qeyri-rəsmi yaşayış məskənləri iqlim dəyişikliyindən ən çox zərər görən ərazilərdir
- 19 may, 2026
- 16:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Əksər insanlar üçün iqlim dəyişikliyi gələcəyin böhranı olaraq qalır, lakin qeyri-rəsmi yaşayış məskənlərinin sakinləri üçün o, artıq gündəlik həyatın bir hissəsinə çevrilib.
"Report" xəbər verir ki, bu barədə Keniyanın qeyri-rəsmi yaşayış məskənləri sakinlərinin "Muungano wa Wanavijiji" hərəkatının nümayəndəsi Enn Vambui Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "İcma məlumatlarından ictimai təsirə - praktiki təcrübəyə malik ekspertlərin baxışı" adlı tədbirdə bildirib.
"Biz bununla daşqınlar, pis sanitariya vəziyyəti, su qıtlığı, həddindən artıq sıxlıq, köçürmə və ekoloji sağlamlıq riskləri vasitəsilə üzləşirik", - o qeyd edib.
E.Vambuinin sözlərinə görə, iqlim dəyişikliklərinin nəticələri xüsusilə qadınlara və qızlara güclü təsir göstərir.
O vurğulayıb ki, daşqınlar həmçinin xəstəliklərin yayılması riskini artırır: "Məhz buna görə iqlim ədaləti haqqında söhbətlər gender ədaləti, səhiyyə, mənzil, sanitariya və əsas xidmətlərə çıxış məsələlərini əhatə etməlidir".