Ceyhun Bayramov: TDT-yə BMT BA-da müşahidəçi statusunun verilməsi üçün diplomatik səyləri artırmalıyıq
- 29 oktyabr, 2026
- 12:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.
"Report" xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.
Qeyd olunub ki, nazir əvvəlcə Türkiyəni və xalqını Respublikanın 103-cü ildönümü münasibətilə təbrik edib.
Nazir bildirib ki, əməkdaşlığın inkişaf etdirilməsi, ortaq tarixi və mədəni irsin qorunması, xalqlarımızı birləşdirən əlaqələrin möhkəmləndirilməsi, institusional səmərəliliyin artırılması, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi, eləcə də TDT-nin beynəlxalq nüfuzunun gücləndirilməsi 2025-ci ilin oktyabrında Qəbələdə keçirilmiş Zirvə görüşündə bir daha təsdiqlənən Azərbaycanın TDT-yə sədrliyinin prioritetləri olaraq qalır.
Çıxışda qlobal münaqişələr, beynəlxalq hüquqa qarşı çağırışlar və qlobal təhlükəsizlik arxitekturasındakı zəifliklər fonunda qarşılıqlı etimadın, ortaq maraqların və həmrəyliyin əhəmiyyəti vurğulanıb, eləcə də Bakıda Təhlükəsizlik şuraları katiblərinin görüşü də daxil olmaqla, siyasi dialoqun və təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsinin vacibliyi qeyd olunub.
Ceyhun Bayramov birgə müdafiə sənayesi istehsalı və texnoloji əməkdaşlıq üzrə 2027-ci il üçün Yol Xəritəsinin qəbul edilməsi məsələsi diqqətə çatdıraraq ticarət, investisiyalar, nəqliyyat bağlantıları, enerji, maliyyə, rəqəmsal inkişaf, innovasiyalar və yeni texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Həmçinin Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsi, Şuşada dini məsələlərə məsul dövlət qurumlarının rəhbərlərinin ilk görüşü və Bakıda Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının 7-ci iclası da daxil olmaqla, humanitar və mədəni təşəbbüslərin əhəmiyyəti qeyd olunub.
Xarici işlər naziri TDT-yə BMT Baş Assambleyasında müşahidəçi statusunun verilməsini təmin etmək məqsədilə Nyu-Yorkda birgə diplomatik səylərin göstərilməsinin vacibliyi vurğulayıb.
Nazir tərəfindən üçüncü ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaradan TDT+ formatının əhəmiyyəti qeyd edilib. Qəbul edilmiş qərarların səmərəli icrasının təmin edilməsi, milli qurumların davamlı iştirakının təşviqi, habelə TDT Katibliyinin əldə olunan irəliləyişlərin monitorinqi və fəaliyyətlərin əlaqələndirilməsi sahəsində rolunun gücləndirilməsi çağırışı səsləndirilib.
Yekunda Azərbaycanın Təşkilatın səmərəliliyinin artırılması və əməkdaşlığın daha məhsuldar olması istiqamətində səylərini davam etdirmək əzmi bir daha təsdiqlənib və Azərbaycan sədrliyi dövründə göstərilən dəstək və fəal iştiraklarına görə üzv və müşahidəçi dövlətlərə, Təşkilatın Baş katibinə və Katibliyinə təşəkkür bildirilib.
Həmçinin Türkiyənin qarşıdan gələn sədrliyi dövründə əməkdaşlığın davam etdiriləcəyinə əminlik ifadə olunub və Türkiyə tərəfinə uğurlar arzulanıb.
Minister of Foreign Affairs of the Republic of Azerbaijan @Bayramov_Jeyhun addressed the Meeting of the #OTS @Turkic_States Council of Foreign Ministers in Ankara. Key highlights from the speech: ▪️ Congratulation to Türkiye and its people on the 103rd anniversary of the Republic. ▪️ Advancing cooperation, preserving our shared historical and cultural heritage, strengthening the bonds that unite our peoples, institutional effectiveness, economic and transport links, and the OTS’s international standing have remained among the priorities of Azerbaijan’s OTS Chairmanship that were reconfirmed in Gabala Summit of October 2025. ▪️ Importance of mutual trust, shared interests and solidarity amid global conflicts, challenges to international law and weaknesses in the global security architecture. ▪️ Importance of enhanced political dialogue and security coordination, including the meeting of Security Council Secretaries in Baku. ▪️ Adoption of a 2027 Roadmap for joint defense industry production and technological cooperation. ▪️ Expansion of cooperation in trade, investment, transport connectivity, energy, finance, digital development, innovation and emerging technologies. ▪️ Humanitarian and cultural initiatives, including Turkic World Week marking the centenary of the First Turkological Congress, the inaugural meeting of heads of state bodies responsible for religious affairs in Shusha, and the 7th meeting of the Council of Heads of Muslim Religious Administrations in Baku. ▪️ Joint diplomatic efforts in New York to secure observer status for the OTS at the UN General Assembly. ▪️ OTS+ format, that creates new opportunities for cooperation with third countries and international organizations. ▪️ Call for effective implementation of decisions, sustained engagement by national institutions, and a stronger role for the OTS Secretariat in monitoring progress and coordinating activities. ▪️Azerbaijan’s commitment to make the Organization more effective and cooperation more productive.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) October 29, 2026