Nazir: Bu ilin 9 ayında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi keçən ilin göstəricisindən çoxdur
- 24 noyabr, 2026
- 18:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanla Gürcüstan arasında bu ilin ilk 9 ayında 900 milyon ABŞ dolları ticarət dövriyyəsi mövcuddur ki, bu ötən ilin göstəricisini artıq keçib.
"Report"un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə mətbuat üçün brifinqdə deyib.
"Bu gün biz ölkələrimiz arasında ticari-iqtisadi əlaqələri müzakirə etdik. Hər iki tərəf məmnunluqla ticarət dövriyyəsinin artımını qeyd etdi. Bu ilin 9 ayı ərzində o, ötən ilin bütövlükdə göstəricisini üstələyərək 900 milyon dollara çatıb. Bu o deməkdir ki, ilin yekunlarına görə ticarət dövriyyəmiz 1 milyard dolları ötəcək. Bununla belə, ticari-iqtisadi əlaqələrimizin potensialı artıq əldə edilmiş göstəricilərdən xeyli yüksəkdir və biz bu istiqamətdə işi davam etdiririk", – o bildirib.
Nazir bildirib ki, Azərbaycandan Gürcüstana 4 milyard dollar investisiya qoyulub və bunun 2,1 milyardı SOCAR tərəfindən edilib. O qeyd edib ki, Gürcüstandan Azərbaycana isə 460 milyon ABŞ dolları investisiya yatırılıb.