Ceyhun Bayramov: Azərbaycan Almaniya ilə birbaşa uçuşların sayının artırılmasında maraqlıdır

Xarici siyasət
  • 18 noyabr, 2026
  • 11:14
Ceyhun Bayramov: Azərbaycan Almaniya ilə birbaşa uçuşların sayının artırılmasında maraqlıdır

Azərbaycan Almaniya ilə birbaşa uçuşların sayının artırılmasında maraqlıdır.

"Report"un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan Vadefulla Bakıda brifinqdə deyib.

Nazir xatırladıb ki, 2026-cı ildən başlayaraq Azərbaycandan Almaniyaya qaz təchizatına başlanılıb. Bununla da Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 16-ya çatıb.

Ceyhun Bayramov həmçinin bildirib ki, "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" (Qara dəniz sualtı enerji kabeli) layihəsi ilə bağlı almaniyalı həmkarı ilə müzakirələr aparıb:

"Almaniya bu məsələni əlverişli və faydalı hesab edir. Almaniya Orta Dəhlizin inkişaf etdirilməsi məsələsində də maraqlıdır".

Nazir eyni zamanda iki ölkə arasında müntəzəm uçuşların təşkili barədə də fikir mübadiləsi apardıqlarını söyləyib:

"Həmkarıma bu uçuşların sayının artırılmasında maraqlı olduğumuzu ifadə etdik. Almaniyadan Azərbaycana ötən il 24 mindən çox turist gəlib, bu ilin ilk 10 ayında isə bu say artıq 25 mini keçib".

44 filmi