Azərbaycan XİN Gürcüstanda şaxtada baş verən qəza ilə bağlı başsağlığı verib
Xarici siyasət
- 06 aprel, 2018
- 07:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanda şaxtada baş vermiş qəza ilə əlaqədar başsağlığı verib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin mətbuat xidmətindən məlumat verilib.
"Mindeli şaxtasında baş vermiş qəza ilə əlaqədar ölənlərin ailələrinə, eləcə də qonşu və dost Gürcüstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzulayırıq", - XİN-dən bildirilib.
Qeyd edək ki, aprelin 5-də Tkibuli şəhərində Mindeli şaxtası çöküb, nəticədə 6 nəfər ölüb, 3 nəfər yaralanıb.
Gürcüstan hökuməti şaxtaçıların ölümü ilə əlaqədar ölkədə matəm elan edilməsinə və bütün inzibati binalarda bayraqların aşağı salınmasına qərar verib.
Son xəbərlər
02:59
"Vikinq"in baş məşqçisi Aarsheym: "Futbolçularım adlarını klubun tarixinə yazdırdılar"
Futbol
02:48
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
Futbol
02:47
Fransada aksiyaların təhlükəsizliyini 70 min hüquq-mühafizə əməkdaşı təmin edəcək
Digər ölkələr
02:21
Səudiyyə Ərəbistanı və Suriya müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb
Digər ölkələr
02:00
Foto
Çempionlar Liqası: "Mançester Siti" çətin qələbə qazanıb, "Komo" səfərdə 9 qolla qalib gəlib
Futbol
01:54
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub - Yenilənib-7
Futbol
01:16
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
Digər ölkələr
01:05
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr
00:53
"Benfika" FIBA Avropa Kubokunda "LANDAU Lions"a qalib gəlib
Komanda