Antonio Koşta Aİ ölkələri vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Azərbaycana təşəkkür edib
- 11 mart, 2026
- 17:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Aİ ölkələrinin vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Azərbaycana minnətdarlığını ifadə edib.
"Report"un məlumatına görə, o, bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
A.Koşta vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanla tam həmrəylik ifadə edir və Avropa vətəndaşlarının İrandan təhlükəsiz şəkildə təxliyəsində göstərdiyi yardıma görə ona minnətdardır.
Xatırladaq ki, ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlara görə bir çox xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi həyata keçirilməyə başlayıb. Martın 11-i saat 14:00-dək Azərbaycana ümumilikdə 72 ölkənin 2 225 vətəndaşı təxliyə olunub.