ANAMA ilə BMT arasında əməkdaşlıq müzakirə olunub
- 20 oktyabr, 2026
- 11:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında əməkdaşlıq müzakirə olunub.
Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, müzakirə ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov ilə BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitro Şlapaçenko arasında baş tutub.
Görüşdə ANAMA-nın yaradılması tarixi, fəaliyyət istiqamətləri və işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Dmitro Şlapaçenko humanitar minatəmizləmə fəaliyyətinin Qarabağda təhlükəsiz həyatın bərpasında mühüm rol oynadığını qeyd edib.
Görüş zamanı tərəflər mina təhlükəsi ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti, BMT ilə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıb.