Azərbaycanın qış turizmi potensialı Londonda təqdim olunub

Turizm
  • 19 oktyabr, 2026
  • 11:06
Azərbaycanın qış turizmi potensialı Londonda təqdim olunub

Azərbaycanın qış turizmi imkanları oktyabrın 17-18-də "London Snow Show 2026" sərgisində təqdim olunub.

Bu barədə "Report"a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, sərgi çərçivəsində Azərbaycan Turizm Bürosunun (ATB) Baş icraçı direktoru Florian Zenqstşmid "Euronews"un "Grand Voyager" səyahət proqramının aparıcısı Lilli Dausun moderatorluğu ilə keçirilən "The Future of the Ski Holiday" ("Xizək turizminin gələcəyi") adlı panel müzakirəsində iştirak edib.

Müzakirədə Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) idman və tədbirlər üzrə direktoru Sandra Spitz və "Mountain Trade Network"un təsisçisi, "Snow Show" sərgisinin tədbir direktoru Ceyms Qambrill iştirak ediblər. Paneldə yeni dağ-xizək istiqamətləri, səyahətçilərin dəyişən gözləntiləri və qış turizminin gələcək inkişaf tendensiyaları müzakirə olunub.

F.Zenqstşmid Azərbaycanın dağ turizmi sahəsindəki inkişafı və ölkənin mövcud imkanları barədə məlumat verib.

Sərgidə "Şahdağ" Turizm Mərkəzi və "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksi xizək, snoubord və digər açıq hava fəaliyyətləri üzrə imkanlarını təqdim ediblər.

Bu il 50-ci dəfə təşkil olunan "London Snow Show" qış idman növləri və turizm istiqamətlərini bir araya gətirən beynəlxalq tədbirdir.

44 - Tezliklə