Qoşulmama Hərəkatı

Qlobal Cənub QHT Platformasının işə salınması BMT-də yüksək qiymətləndirilib
Xarici siyasət
Qlobal Cənub QHT Platformasının işə salınması BMT-də yüksək qiymətləndirilib
  • 20 may, 2026
  • 12:19
Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2
Xarici siyasət Foto
Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2
  • 19 may, 2026
  • 21:18
WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə WUF13 NGO Forum keçirilib
Xarici siyasət Foto
WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 NGO Forum" keçirilib
  • 19 may, 2026
  • 18:41
BMT rəsmisi: Şəhərlər insanların ehtiyaclarına cavab verməlidir
İnfrastruktur
BMT rəsmisi: Şəhərlər insanların ehtiyaclarına cavab verməlidir
  • 19 may, 2026
  • 16:12
Rossbax: Mənzil təminatında vətəndaş iştirakına əsaslanan idarəetmə mexanizmləri yaradılmalıdır
Xarici siyasət
Rossbax: Mənzil təminatında vətəndaş iştirakına əsaslanan idarəetmə mexanizmləri yaradılmalıdır
  • 19 may, 2026
  • 16:09
Aygün Əliyeva: Davamlı şəhər inkişafı vətəndaş cəmiyyətinin iştirakı olmadan mümkün deyil
Xarici siyasət
Aygün Əliyeva: Davamlı şəhər inkişafı vətəndaş cəmiyyətinin iştirakı olmadan mümkün deyil
  • 19 may, 2026
  • 15:54
Hikmət Hacıyev: Minatəmizləmə prosesində QHT-lərin də fəaliyyətindən istifadə olunur
Daxili siyasət
Hikmət Hacıyev: Minatəmizləmə prosesində QHT-lərin də fəaliyyətindən istifadə olunur
  • 19 may, 2026
  • 15:22
Hüseyn Hüseynov: Təxminən 50 dövlət proqramı DİM-lərə inteqrasiya edilib
İnfrastruktur
Hüseyn Hüseynov: "Təxminən 50 dövlət proqramı DİM-lərə inteqrasiya edilib"
  • 19 may, 2026
  • 15:20
Səadət Yusifova: Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin əhatə dairəsi genişləndiriləcək
Mədəniyyət siyasəti
Səadət Yusifova: Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin əhatə dairəsi genişləndiriləcək
  • 19 may, 2026
  • 14:42
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
Elm və təhsil Foto
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
  • 19 may, 2026
  • 13:28
Mariam Abdelsalam: Müstəmləkəçiliyin nəticələrini birlikdə aradan qaldırmalıyıq
Xarici siyasət
Mariam Abdelsalam: Müstəmləkəçiliyin nəticələrini birlikdə aradan qaldırmalıyıq
  • 19 may, 2026
  • 12:29
Elnara Ansari: Əlilliyi olan şəxslərin sosial müdafiəsi Azərbaycanda sosial siyasətin əsas istiqamətlərindən biridir
Sosial müdafiə
Elnara Ansari: Əlilliyi olan şəxslərin sosial müdafiəsi Azərbaycanda sosial siyasətin əsas istiqamətlərindən biridir
  • 19 may, 2026
  • 10:32
Fuad Kərimli: Gələcəyin şəhərlərinin dayanıqlı inkişafı üçün su ehtiyatları düzgün idarə edilməlidir
İnfrastruktur
Fuad Kərimli: Gələcəyin şəhərlərinin dayanıqlı inkişafı üçün su ehtiyatları düzgün idarə edilməlidir
  • 18 may, 2026
  • 10:57
Melvine Vajiri: WUF13 şəhərlərin gələcəyi üçün mühüm platformadır
Xarici siyasət
Melvine Vajiri: WUF13 şəhərlərin gələcəyi üçün mühüm platformadır
  • 18 may, 2026
  • 10:34
Ramil İsgəndərli: Azad edilən ərazilərin baş planı hazırlananda yerli icmaların rəyi alınıb
Daxili siyasət
Ramil İsgəndərli: Azad edilən ərazilərin baş planı hazırlananda yerli icmaların rəyi alınıb
  • 17 may, 2026
  • 14:07
TDT-nin QHT-ləri arasında əməkdaşlıq daha da gücləndiriləcək - RƏY
Xarici siyasət
TDT-nin QHT-ləri arasında əməkdaşlıq daha da gücləndiriləcək - RƏY
  • 16 may, 2026
  • 20:36
1 ... 8 9 10 11 12 ... 20
Qoşulmama Hərəkatı: Qlobal sülh platforması, yaranma tarixi, prinsiplər və Azərbaycanın sədrliyi

Yaranma tarixi və ideoloji əsasları

Qoşulmama Hərəkatı — "Soyuq müharibə" dövründə, dünyanın iki əsas hərbi-siyasi blokuna — qərb ölkələrinə (ABŞ-ın rəhbərlik etdiyi NATO) və şərq blokuna (SSRİ-nin rəhbərlik etdiyi Varşava Müqaviləsi Təşkilatı) qoşulmamaq qərarına gələn dövlətləri birləşdirmək məqsədilə təsis edilmiş beynəlxalq təşkilatdır. Hərəkatın təməli rəsmi olaraq 1961-ci ildə Yuqoslaviyanın paytaxtı Belqradda keçirilən ilk Zirvə Konfransında qoyulmuşdur.

Təşkilatın yaranmasında və formalaşmasında XX əsrin görkəmli siyasi xadimləri — Yuqoslaviyanın Prezidenti İosip Broz Tito, Hindistanın Baş naziri Cəvahirəl Nehru, Misirin Prezidenti Camal Əbdül Nasir, İndoneziya Prezidenti Sukarno və Qananın Prezidenti Kvame Nkrumah müstəsna rol oynamışlar. Hərəkatın əsas fəlsəfəsi dövlətlərin suverenliyi, ərazi bütövlüyü, daxili işlərə qarışmamaq, beynəlxalq mübahisələrin sülh yolu ilə həlli və kolonializmə qarşı mübarizə kimi universal dəyərlərə əsaslanır. BMT-dən sonra dünyada ən çox üzv dövləti birləşdirən ikinci siyasi platforma olan Qoşulmama Hərəkatına hazırda 120-dən çox ölkə daxildir.

Azərbaycanın Qoşulmama Hərəkatında rolu və tarixi sədrliyi

Azərbaycan Respublikası Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv qəbul olunmuşdur. Qısa müddət ərzində təşkilat daxilində fəal mövqe qazanan Azərbaycan ölkənin milli maraqlarının, o cümlədən Ermənistan tərəfindən törədilmiş işğal faktının beynəlxalq müstəvidə obyektiv işıqlandırılmasına nail olmuşdur.

Tarixi Sədrli̇k (2019–2023): Azərbaycan Respublikası 2019-cu ildə Bakı Zirvə görüşündə Hərəkatın sədrliyini yekdilliklə öz üzərinə götürmüşdür. İlkin olaraq 3 il nəzərdə tutulan sədrliyin müddəti üzv dövlətlərin yekdil qərarı ilə bir il də uzadılaraq 2023-cü ilə qədər davam etmişdir.

Pandemiya dövründə qlobal liderlik: Azərbaycanın sədrliyi dövrü bəşəriyyətin üzləşdiyi ən ağır qlobal sınaqlardan biri olan COVID-19 pandemiyası dövrünə təsadüf etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının onlayn formatda Zirvə toplantısı keçirilmiş, peyvəndlərin ədalətli bölgüsü, inkişaf etməkdə olan ölkələrə humanitar dəstək və qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edilmişdir.

Institusional inkişaf və parlamentarizm: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Şəbəkəsi yaradılmışdır ki, bu da təşkilatın struktur baxımından daha da güclənməsinə xidmət etmişdir.