Nazir: "Bu ilin iki ayında Azərbaycanda əmək müqavilələrinin sayı 53 mindən çox artıb"
Sosial müdafiə
- 13 mart, 2019
- 07:36
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bu ilin iki ayı ərzində qeyri-formal məşğulluqla mübarizə nəticəsində ölkədə əmək müqavilələrinin sayı 53 mindən çox artıb".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bunun 40 mini özəl sektorun payına düşür: "Bu rəqəmlər onu göstərir ki, aparılan islahatlar öz bəhrəsini verir. Əmək müqavilələrindəki artım formal məşğulluğun genişlənməsi, qeyri-formal məşğulluğun azalmasına dəlalət edir".
S.Babayev qeyd edib ki, hazırda Azərbaycanda ümumi məşğulluğun mənzərəsi kifayət qədər normal görünür: "Əsas məqsəd muzdluların payının artırılmasıdır. Bu da onların pensiya və sosial müdafiə təminatına ciddi dəstək verəcək".
Министр: За два месяца этого года количество трудовых контрактов увеличилось на 53 тыс.
Minister: "Number of labor contracts increased by more than 53 thousand over two months in Azerbaijan"
Son xəbərlər
19:13
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
Xarici siyasət
19:12
Slovakiya ukraynalı uşaqların qaytarılması üzrə Beynəlxalq Koalisiyanın 53-cü üzvü olub
Digər ölkələr
18:59
Foto
FHN-in strukturlarında Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Daxili siyasət
18:48
SEPAH Qeşm adası üzərində ABŞ-nin 16-cı PUA-sının məhv edildiyini açıqlayıb
Digər ölkələr
18:43
Savalan Mirzəyev: Azərbaycanın zəfəri regionda sülhün təminatıdır
Region
18:36
"Bloomberg": ABŞ və İran münaqişənin dayandırılması ilə bağlı danışıqlarda irəliləyişə yaxındır
Digər ölkələr
18:33
Foto
Dövlət Komitəsində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş tədbir keçirilib
Daxili siyasət
18:23
Qadın voleybolçular arasında Azərbaycan Superliqasına start verilib
Komanda
18:19
Foto
Rəşad İsmayılov Vətən müharibəsi iştirakçıları ilə görüşüb
Daxili siyasət