Naxçıvanda əmək yarmarkası keçirilib
Sosial müdafiə
- 01 may, 2026
- 17:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvan şəhərində 40-dan çox işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Naxçıvan şəhərində əmək yarmarkası təşkil olunub.
Yarmarkada 40-dan çox özəl və dövlət müəssisəsindən ümumilikdə 200-ə yaxın vakansiya işsiz və işaxtaran vətəndaşlara təqdim olunub.
Vakansiyalar üzrə müraciət edən şəxslərin işlə təmin olunması istiqamətində tədbirlər görülməyə başlanıb.
Bundan əlavə, tədbir zamanı işsiz və işaxtaran şəxslər Agentlik tərəfindən icra olunan aktiv məşğulluq tədbirləri barədə məlumat alıblar.
Son xəbərlər
22:52
"Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
Futbol
22:20
Hindistanda dini bayram zamanı izdihamda 17 nəfər ölüb
Digər ölkələr
22:12
Pakistan ordusu Əfqanıstanla sərhəddə ağır silahlardan istifadə edib
Digər ölkələr
22:10
Video
Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
Mədəniyyət siyasəti
22:07
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Digər ölkələr
22:04
Foto
AGF-də regional güləş koordinatorları ilə görüş keçirilib
Fərdi
21:43
Türkiyə ilə Almaniya mövcud münaqişə bölgələri ətrafında fikir mübadiləsi aparıb
Region
21:25
Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
Region
21:13
Foto
Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
Mədəniyyət siyasəti