DSMF-in nəzdindəki “Məzun evi” Sosial Müəssisəsinin işçilərinin maaşları artırılıb
Sosial müdafiə
- 13 avqust, 2019
- 07:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nəzdindəki dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.
"Report"un məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, “Məzun evi” Sosial Müəssisəsinin işçilərinin aylıq vəzifə maaşları aşağıdakı kimi olub:
| Sıra №-si | Vəzifələrin adı | Aylıq vəzifə maaşı (manatla) |
| 1. | Direktor | 845 |
| 2. | Mühasib, hüquqşünas, psixoloq, anbar müdiri - komendant | 505 |
| 3. | Elektrik avadanlıqlarına baxan – liftçi, çilingər- santexnik, qazanxana maşinisti | 450 |
| 4. | Xidməti otaqları yığışdıran, yardımçı fəhlə, bağban, gözətçi | 290 |
Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.
Son xəbərlər
09:09
Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır
Fərdi
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.10.2026)
Maliyyə
08:57
İordaniyada kilsəyə hücumda şübhəli bilinən üç nəfər saxlanılıb
Digər ölkələr
08:43
Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək
Region
08:14
Foto
Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Kütləvi kiberhücumlara görə Yaponiya hökumətinin təcili iclası keçiriləcək
Digər ölkələr
08:00
U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək
Futbol
07:39
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
Digər ölkələr
07:22
Tayvan nadir torpaq metallarının istehsalı üzrə ilk zavodu inşa etməyi planlaşdırır
Digər ölkələr