Alüminiumun qiyməti 14 illik maksimumu təzələyib
Sənaye
- 24 fevral, 2022
- 08:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
London Metal Birjasında (LME) ticarət zamanı alüminiumun bir tonunun qiyməti 3 min 443 ABŞ dollarına çatıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, beləliklə 2008-ci ilin maksimumu təzələnib. Belə ki, o zaman alüminium 3 min 380 ABŞ dollarına kimi bahalaşdı.
Qeyd edilir ki, əmtəə bazarlarındakı qiymət artımı qeosiyasi vəziyyətlə bağlıdır. Ukraynada vəziyyətin gərginləşməsi təchizatla bağlı problemlərin yaranmasına və təklifin azalmasına gətirib çıxara bilər. Belə ki, daha əvvəl qızılın qiyməti ötən ilin iyunundan bu yana ilk dəfə olaraq bir unsiya üçün 1 min 900 ABŞ dollarını keçib. Nikelin qiyməti isə 11 ilin maksimumuna çatıb.
Son xəbərlər
11:03
Lu Mey: "Çin Azərbaycana idxalda ən böyük tədarükçü olaraq mövqeyini qoruyur"
Xarici siyasət
11:02
Azərbaycan əməyin ödənişi xərclərini 16 % artırır
Maliyyə
11:02
Azərbaycan əcnəbilər üçün bir sıra dövlət rüsumları müəyyən edir
Maliyyə
11:01
Azərbaycanda xidməti pasport verilməsi və yaxud dəyişdirilməsi üçün dövlət rüsumu alınacaq
Maliyyə
11:01
Azərbaycanda bəzi hallarda sürücülük vəsiqəsi dövlət rüsumu alınmadan dəyişdiriləcək
Maliyyə
11:00
Nazirlər Kabinetinin saxlanılması xərcləri 33 %-dən çox artırılır
Maliyyə
11:00
Milli Məclisin saxlanılması xərcləri 39 % artırılır
Maliyyə
11:00
"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır!
Biznes
10:58
Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm başlayır
Komanda