TƏBİB: "Eyvandan yıxılan yeniyetmənin vəziyyətində müsbət dinamika var"

Sağlamlıq
  • 07 yanvar, 2024
  • 11:16
TƏBİB: Eyvandan yıxılan yeniyetmənin vəziyyətində müsbət dinamika var

Abşeron rayonu, Masazır qəsəbəsində eyvandan yıxılan 15 yaşlı Ayan Aslanovanın vəziyyəti ağır, stabil olaraq qiymətləndirilir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, onun vəziyyətində müsbət dinamika müşahidə edilir: “Pasiyentdə əlavə oksigen dəstəyinə ehtiyac yoxdur. Pasiyentin hemodinamikası stabildir, zəruri tədbirlər görülməkdə davam edilir”.

Xatırladaq ki, hadisə yanvarın 3-də baş verib. Sosial şəbəkələrdə yeniyetmənin eyvandan yıxılmasından sonra saat yarım ərzində təcili tibbi yardım maşınının gəlməməsi barədə məlumatlar paylaşılıb. TƏBİB isə A.Aslanova üçün daxil olan çağırışla əlaqədar araşdırma aparıldığını bildirmişdi.