Heydər Əliyev Fondu Gürcüstanda azərbaycanlıların yaşadığı rayona iki təcili yardım maşını hədiyyə edib - FOTO
Sağlamlıq
- 15 iyun, 2018
- 13:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi. 15 iyun. REPORT.AZ/ Heydər Əliyev Fondu Gürcüstanın Bolnisi rayonuna təcili tibbi yardım avtomobili hədiyyə edib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov avtomobili iyunun 15-də rayon rəhbərliyinə təqdim edib.
Qeyd edək ki, avtomobil bütün lazımi, müasir texniki avadanlıqla təmin olunub. Avtomobil reanimasiya xidmətlərini də yerinə yetirməyə qadirdir.
Bolnisi rayon rəhbərliyi, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndəliyi hədiyyəyə görə Azərbaycan dövlətinə, Heydər Əliyev Fonduna minnətdarlıq ediblər.
F.Muradov yerli sakinlərlə də görüşüb, onların qayğıları ilə maraqlanıb.
Son xəbərlər
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr
00:10
Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Digər ölkələr
00:04
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
00:00
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
Fərdi