AQTA: "Bu il keçirilən monitorinqlər zamanı 4223 nöqsan aşkarlanıb"

Sağlamlıq
  • 02 dekabr, 2021
  • 12:07
AQTA: Bu il keçirilən monitorinqlər zamanı 4223 nöqsan aşkarlanıb

"Bu il fevral ayının 1-dən noyabrın sonuna qədər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 8 707 obyektdə 239 613 monitorinq həyata keçirib".

“Report” xəbər verir ki, bunu AQTA-nın Bakı regional bölməsinin rəisi Zaur Kərimov deyib.

AQTA rəsmisi bildirib ki, həmin monitorinqlər zaman 4 223 nöqsan aşkar olunub.