Türkiyə XİN başçısı İsveçin NATO-ya üzvlüyündən danışıb: "Öhdəliklərini yerinə yetirməlidir"
Region
- 28 iyul, 2023
- 13:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“İsveçin NATO-ya üzvlüyü məsələsində Macarıstanla koordinasiyalı hərəkət edirik”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Budapeştdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Finlandiyanın terrorla mübarizə sahəsindəki fəaliyyəti rəsmi Ankaranı qane edir: “Ona görə də bu dövlətin Alyansa üzvlüyünü təsdiqlədik”.
H.Fidan söyləyib ki, İsveç də öhdəliklərini yerinə yetirməlidir.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirmişdi ki, İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi üçün Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi həllini tapmalıdır.
Son xəbərlər
08:42
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
Maliyyə
08:33
Sloveniya hakimiyyəti 15 min dövlət qulluqçusunun məlumatlarının sızdığını açıqlayıb
Digər ölkələr
08:12
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur
08:06
ABŞ Rusiya qazının Avropaya tədarükünün bərpasını dəstəkləyir
Digər ölkələr
07:43
KXDR nüvə çəkindirmə qüvvələrini gücləndirməkdən imtina etməyəcəyini bəyan edib
Digər ölkələr
07:17
Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında tanker hücuma məruz qalıb
Digər ölkələr
06:48
Britaniya yeni döyüş gəmilərinin istehsalını sürətləndirməyi nəzərdən keçirir
Digər ölkələr
06:17
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib
Digər ölkələr
05:44
Rusiya FHN-nin mobil tətbiqi kiberhücuma məruz qalıb
Region