Tehranda yaşayış binası çöküb, dağıntılar altında qalanlar var
Region
- 16 dekabr, 2025
- 23:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İranın paytaxtı Tehranın Yaftabad rayonunda üçmərtəbəli yaşayış binası çöküb.
"Report" xəbər verir ki, bu barədə "ISNA" məlumat yayıb.
Tehranın yanğın təhlükəsizliyi idarəsinin nümayəndəsi Cəlal Maleki bildirib ki, hazırda dağıntılar altından dörd nəfər sağ çıxarılıb, axtarış əməliyyatı davam edir.
Hadisə yerinə təcili yardım qüvvələri cəlb olunub.
Binanın birinci mərtəbəsində ofis otaqları yerləşirdi, çökmüş binanın yanında isə tikinti işlərinin getdiyi qeyd olunur.
Hadisənin səbəbləri istintaqın nəticələrinə əsasən müəyyən ediləcək.
Son xəbərlər
05:39
Rusiya FHN-nin mobil tətbiqi kiberhücuma məruz qalıb
Region
05:08
Çin Afrikaya müasir silahların tədarükünü genişləndirir
Digər ölkələr
04:39
Serbiyada təkrar parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Digər ölkələr
04:13
İsrail Prezidenti partiya liderləri ilə məsləhətləşmələrə başlayacaq
Digər ölkələr
03:42
Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərilib
Digər ölkələr
03:27
Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır
Digər ölkələr
02:30
Antonelli "Formula 1" tarixinin ən gənc çempionu olub
Formula 1
02:13
Pakistanın ən iri neft emalı şirkətlərinin mənfəəti 1 860 %-dən çox artıb
Energetika
01:50
Gyurov Bolqarıstanda prezident seçkilərində məğlubiyyətini etiraf edib - Yenilənib-2
Digər ölkələr