SEPAH: Küveyt və Bəhreyn limanlarındakı bütün neft tankerləri hədəf alınacaq
Region
- 09 sentyabr, 2026
- 00:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İranın Xarq adası yaxınlığında neft tankerinə hücumla bağlı xəbərdarlıq edib və bildirib ki, Küveyt ilə Bəhreyn limanları yaxınlığında lövbər salan bütün neftdaşıyan gəmilər hücuma məruz qalacaq.
"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"ABŞ ordusunun İranın bir neçə neft tankerini hədəfə almasını nəzərə alaraq, Küveyt və Bəhreyn limanları hüdudlarındakı bütün neft tankeri heyətlərinə xəbərdarlıq edirik ki, istər lövbər yerlərində, istərsə də limanlarda öz gəmilərini dərhal tərk etsinlər, çünki hədəfə alınacaqlar", - bəyanatda vurğulanıb.
Xatırladaq ki, İranın Xarq adası yaxınlığında neft tankeri hücuma məruz qalıb.
Son xəbərlər
17:35
Çin XİN: Şimali Koreya ilə əməkdaşlığı inkişaf etdirməyə hazırıq
Digər ölkələr
17:33
Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olunub
Xarici siyasət
17:33
Azərbaycanın 11 cüdoçusu Əbu-Dabidə keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcək
Fərdi
17:33
Almaniya 9 ayda Azərbaycandan 600 min tondan çox neft alıb
Energetika
17:24
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə
17:23
"Barselona"nın futbolçusu Xavi Espart Bakıda "Sabah"la oyunu buraxacaq
Futbol
17:18
Səfir: Cəbrayılda istixana təsərrüfatında Niderland modeli tətbiq oluna bilər
Qarabağ
17:18
Foto
Azərbaycan və Vyetnam ali auditdə rəqəmsal texnologiyaların tətbiqini müzakirə edib
Maliyyə
17:15
Foto
Bakı Beynəlxalq İncəsənət Festivalının paralel proqramı elan edilib
İncəsənət