SEPAH: Hörmüz boğazında dörd tanker minaya düşüb

Region
  • 04 noyabr, 2026
  • 08:29
SEPAH: Hörmüz boğazında dörd tanker minaya düşüb

Hörmüz boğazı yaxınlığında azı dörd tanker minaya düşüb.

"Report"un məlumatına görə, bu barədə İranın "Tasnim" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən xəbər verib.

"Hörmüz boğazının cənubundakı qadağan olunmuş ərazidən keçməyə çalışan dörd pozucu tanker dəniz minalarına düşüb və məhv edilib; hazırda onlar alov içindədir. Daha iki pozucu gəmi ələ keçirilib və dayandırılıb", - məlumatda deyilir.

Hərbçilər həmçinin SEPAH-ın hava hücumundan müdafiə qüvvələrinin Hörmüz boğazı üzərində 56-cı MQ9 pilotsuz uçuş aparatını vurduğunu bildiriblər.

Paylaşımda vurulan pilotsuz uçuş aparatının hansı ölkəyə məxsus olduğu dəqiqləşdirilməyib.