Şavkat Mirziyoyev TDT çərçivəsində 100 strateji layihənin həyata keçirilməsini təklif edib
- 30 oktyabr, 2026
- 16:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 100 strateji birgə investisiya və sənaye layihəsini əhatə edən "Türk dünyası-100" proqramının qəbul edilməsini təklif edib.
"Report" Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu təşəbbüsü Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən 13-cü zirvə toplantısındakı çıxışı zamanı irəli sürüb.
Şavkat Mirziyoyev bildirib ki, Türk İnvestisiya Fondunun və beynəlxalq maliyyə institutlarının resurslarının bu layihələrin həyata keçirilməsinə yönəldilməsi xüsusi əhəmiyyət daşıyır. Nadir və strateji mineralların tam emalına, "yaşıl enerji" üçün avadanlıq istehsalının lokallaşdırılmasına və yüksək gəlirli məhsulların istehsalına prioritet diqqət yetirilməsi məqsədəuyğundur.