Rusiyanın Sverdlovsk vilayətində 130 ev su altında qalıb
Region
- 16 iyul, 2026
- 09:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Sverdlovsk vilayətində yağış sularından yaranan daşqın sutka ərzində 130 yaşayış evini və 185 həyətyanı sahəni su altında qoyub.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə region üzrə Fövqəladə Hallar Nazirliyinin (FHN) idarəsinin mətbuat xidməti məlumat yayıb.
Ən çox ev İrbit şəhərində su altında qalıb - orada 124 binanı su basıb. Ən çox sahə isə (84 həyət) Nevyansk şəhərində fəlakət zonasında qalıb. FHN-in məlumatına görə, ümumilikdə regionda 443 yaşayış evi və 1 792 həyətyanı sahə hələ də su altındadır.
Ötən gün daşqın səbəbindən İrbit bələdiyyəsində 200-ə yaxın uşaq və onlarla yetkin şəxs təhlükəsiz zonaya köçürülüb.
Son xəbərlər
00:35
Tramp: Ukraynanın "Starshield" sisteminə çıxışı bərpa olunub
Digər ölkələr
00:04
Kobaxidze Mərkəzi Asiyanın dörd ölkəsinin XİN rəhbərlərini qəbul edib
Region
23:48
WSJ: Tramp Maska Ukraynada "Starlink" məhdudiyyətlərini aradan qaldırmağı tapşırıb
Digər ölkələr
23:39
Foto
Araz çayında balıqların sayı artıb
Ekologiya
23:21
Putin: Rusiya və Ukrayna razılığa gələ bilər
Region
23:12
Azərbaycanla Ekvador Mərkəzi Universiteti arasında əməkdaşlıq müzakirə edilib
Xarici siyasət
23:09
Türkiyə "Meta"nı məhkəməyə vermək istəyir
Region
22:57
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Hadisə
22:55
Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır
Xarici siyasət