Rusiya Qafanda baş konsulluğun açılması ilə bağlı razılaşmanı təsdiqləyib
Region
- 02 noyabr, 2023
- 18:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya hökuməti Ermənistanın Qafan şəhərində baş konsulluğunun açılması ilə bağlı razılaşmanı təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə sərəncamı Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin imzalayıb.
Rusiyanın Qafandakı baş konsulluğu Ermənistanda sayca ikinci olacaq.
Eyni zamanda, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə nota mübadiləsi aparmaq tapşırılıb. Zəruri hallarda nota layihəsinə əsas xarakterli olmayan dəyişikliklərin edilməsinə icazə verilir.
Qeyd edək ki, oktyabrın sonunda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirmişdi ki, Moskva “Qafanda konsulluq açmaq istəyini ifadə edib” və İrəvan bununla razılaşıb. Qafan Azərbaycanla həmsərhəd ərazidə, Sünik rayonunda yerləşir.
Son xəbərlər
20:57
"Vatican News"un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib
Xarici siyasət
20:52
Nani "Aktobe" klubundan ayrılacağını açıqlayıb
Futbol
20:43
Foto
"AmCham" və Azərbaycan sığortaçıları strateji əməkdaşlığın 5 istiqamətini müəyyən ediblər
Maliyyə
20:38
Bakıda Vatikan səfirliyinin yaradılmasının vacibliyi vurğulanıb
Din
20:23
Azərbaycan BMT-də nüvə silahlarının ləğvini qabardıb
Xarici siyasət
20:20
Berxtold: Avstriya şirkətləri energetika və texnologiya sahəsində Bakı ilə əməkdaşlığa töhfə verə bilər
Xarici siyasət
20:20
Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
Digər ölkələr
20:07
Səfir: Vyana Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləməyə davam edəcək
Xarici siyasət
20:05
Foto
Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir
Sosial müdafiə