Rusiya prezidenti SMS-ə görə 7 il azadlıqdan məhrum olunan qadını əfv edib
Region
- 07 mart, 2017
- 10:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 mart. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin vətənə xəyanətdə ittiham olunan Soçi sakini Oksana Sevastidini əfv edib.
“Report” BBC-yə istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı fərman imzalayıb.
Fərman imzalanandan 5 gün sonra qüvvəyə minəcək.
Məlumata görə, 2008-cu ildə Suxumidən olan dostu ondan SMS-lə Soçidə tankların olub-olmadığını soruşub. Oksana Sevastidi isə ona Abxaziya istiqamətində zirehli texnikanın hərəkət etdiyi barədə SMS yazıb.
O, Gürcüstan kəşfiyyatına işləməkdə şübhəli bilinib, ona qarşı Cinayət Məcəlləsinin dövlətə xəyanət və casusluq maddələri əsasında cinyət işi açılıb. O.Sevastidi bu ittihamlar əsasında 7 il azadlıqdan məhrum edilib.
Son xəbərlər
12:00
Azərbaycanın stolüstü tennisçiləri Polşada beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
Fərdi
11:57
Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub
Digər ölkələr
11:34
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
Futbol
11:26
TDT Baş katibi: Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının dözümlülüyünü təcəssüm etdirir
Xarici siyasət
11:15
Türkiyə XİN Azərbaycanı təbrik edib
Xarici siyasət
11:10
Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil
Region
10:49
Dron hücumundan sonra Sankt-Peterburqdakı "Ozon" anbarında yanğın baş verib
Digər ölkələr
10:46
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
Futbol
10:37
Qırğızıstanda TÜRKPA-nın 15-ci plenar iclası keçiriləcək
Xarici siyasət