Rusiya prezidenti daha bir qubernatoru istefaya göndərib
Region
- 12 oktyabr, 2017
- 11:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 oktyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Pskov vilayətinin qubernatoru Andrey Turçakı vəzifədən azad edib.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, A.Turçak işdən çıxmaqla bağlı könüllü şəkildə ərizə yazıb.
Pskov vilayətinin qubernatoru vəzifəsini müvəqqəti olaraq Mixail Vedernikov icra edir.
Qeyd edək ki, Rusiyada son 18 gündə 11 bölgənin rəhbəri işdən çıxarılıb.
Xatırladaq ki, sentyabrın 25-dən indiyədək Dağıstan Respublikası, Samara, Novosibirsk, Orlov, Smolensk, Nijeqorodsk, Omsk, İvanovo vilayətləri, Primorsk, Krasnoyarsk diyarlarının başçıları istefaya göndəriliblər.
Son xəbərlər
11:51
ARDNF investisiya portfelində istiqrazların payını azaldıb
Maliyyə
11:44
ARDNF-in investisiya portfelində dolların payı 71 %-ə çatıb
Maliyyə
11:40
Azərbaycanda oktyabr ayının pensiya ödənişləri yekunlaşıb
Sosial müdafiə
11:39
Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub
Sağlamlıq
11:39
Foto
Milli Süni İntellekt Mərkəzinin "AI Academy" proqramının ilk buraxılışı baş tutub
Elm və təhsil
11:38
ARDNF III rübdə də qızıl satmayıb
Maliyyə
11:37
İsa Həbibbəyli: Seysmoloji Xidmət Mərkəzinin proqnozları həmişə düz çıxıb
Daxili siyasət
11:34
Foto
Sadır Japarov TÜRKPA-ya üzv dövlətlərin parlament sədrlərini qəbul edib
Milli Məclis
11:33
Bakıda dövlət maliyyəsinin rəqəmsal transformasiyasına həsr olunmuş konfrans olacaq
Maliyyə