Rusiya İstanbulda Ukrayna ilə birbaşa danışıqları davam etdirməyə hazırdır
Region
- 24 avqust, 2025
- 18:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya tərəfi Ukrayna ilə İstanbulda başlayan birbaşa danışıqları davam etdirməyə hazırdır.
"Report"un məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov NBC News telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Alyaska sammitindən sonra amerikalı həmkarı Donald Trampla telefon danışığında oxşar mövqeyi təsdiqləyib.
Lavrov həmçinin qeyd edib ki, iki ölkə liderlərinin görüşündə Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında birbaşa danışıqlar müzakirə edilməyib.
“Mövzu sonradan, deyə bilərik ki, ABŞ prezidenti Donald Tramp və onun qonaqları arasında Vaşinqtonda keçirilən görüşdən sonra, bədahətən gündəmə gətirilib”, - rusiyalı nazir iddia edib.
Son xəbərlər
23:56
WSJ: Tramp seçkilərdən əvvəl Kanadadan gələn mallara tətbiq olunan rüsumların bir hissəsini ləğv edə bilər
Digər ölkələr
23:40
"Generali" sığorta şirkəti Almaniyada 800 iş yerini ixtisar edəcək
Digər ölkələr
23:31
Foto
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Xarici siyasət
23:24
ABŞ-də Hanter Baydenin işi üzrə FTB-nin keçmiş iki yüksək vəzifəli əməkdaşı həbs edilib
Digər ölkələr
23:13
BMT-də Azərbaycanın əlilliklə bağlı dövlət siyasətindən bəhs olunub
Xarici siyasət
22:58
"Nvidia" rəhbəri Qazaxıstanı fiziki süni intellektin qlobal mərkəzinə çevirməyi təklif edib
Digər ölkələr
22:53
Foto
Video
"Qərbi Azərbaycanın yaddaş yerləri": Yalnız soydaşlarımızın yaşadığı Bəriabad kəndi necə erməniləşdirilib?
Daxili siyasət
22:41
Belçikada baş verən fırtınada dörd nəfər xəsarət alıb
Digər ölkələr
22:33
Video
Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb
Ekologiya