Qazaxıstanda yerli koronavirus vaksininin sınaqları başladı
Region
- 17 sentyabr, 2020
- 13:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstanda koronavirusa qarşı “QazCovid-in” adlı peyvəndin klinik sınaqlarına başlanılıb.
“Report” “QazAqparat”a (“Kazinform”) istinadən xəbər verir ki, Təhsil və Elm Nazirliyinin bildirdiyinə görə, yeni dərman Bioloji Təhlükəsizlik Problemləri Elmi Tədqiqatlar İnstitutunda hazırlanıb.
Sınaqlara 18-50 yaş həddində könüllülər cəlb edilir. Sınaqların birinci mərhələsində 44 nəfərin iştirakı ilə dərmanın təhlükəsizlik səviyyəsi, ikinci mərhələsində 200 nəfərin iştirakı ilə immunogenlik xüsusiyyətləri araşdırılacaq.
Ölkənin təhsil və elm nazirinin müavini Miras Dəvlenovun dediyinə görə, bütövlükdə sınaqlarda iştirak etmək istəyən 688 nəfərin ərizələri təsdiq olunub.
Son xəbərlər
11:03
Lu Mey: "Çin Azərbaycana idxalda ən böyük tədarükçü olaraq mövqeyini qoruyur"
Xarici siyasət
11:02
Azərbaycan əməyin ödənişi xərclərini 16 % artırır
Maliyyə
11:02
Azərbaycan əcnəbilər üçün bir sıra dövlət rüsumları müəyyən edir
Maliyyə
11:01
Azərbaycanda xidməti pasport verilməsi və yaxud dəyişdirilməsi üçün dövlət rüsumu alınacaq
Maliyyə
11:01
Azərbaycanda bəzi hallarda sürücülük vəsiqəsi dövlət rüsumu alınmadan dəyişdiriləcək
Maliyyə
11:00
Nazirlər Kabinetinin saxlanılması xərcləri 33 %-dən çox artırılır
Maliyyə
11:00
Milli Məclisin saxlanılması xərcləri 39 % artırılır
Maliyyə
11:00
"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır!
Biznes
10:58
Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm başlayır
Komanda