Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanılıb

Region
  • 01 noyabr, 2026
  • 18:30
Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanılıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ABŞ-dən Moskvada terror aktı hazırlığı ilə bağlı daxil olan məlumatı yoxlayarkən "Tsaritsıno" muzey-qoruğunda cinayət törətməklə hədələyən yeniyetməni saxlayıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya mediası FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən məlumat yayıb.

Məlumata görə, FTX, Milli Qvardiya, Daxili İşlər Nazirliyi və İstintaq Komitəsinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Rusiya vətəndaşı olan azyaşlı saxlanılıb.

Yeniyetmə TikTok platformasında taktiki geyimdə, balaklava, kepka, eynək və qulaqlıqda, avtomat silaha bənzər əşya ilə çəkilmiş fotolarını paylaşıb. O, həmçinin "Tsaritsıno" muzey-qoruğunda çəkdirdiyi fotoları "Mən yeri tapdım" (I found a place) qeydi ilə yayımlayıb.

FTX-nin məlumatına əsasən, saxlanılan şəxsin mobil telefonunda təhdidlərin yayımlandığı hesabla yanaşı, neonasist kanala abunəlik, törədilmiş terror aktları və digər zorakılıq hadisələri ilə bağlı axtarış sorğuları da aşkarlanıb.

44 filmi