Milli Bank: Rusiyadan turist axınının azalması Gürcüstana 200-300 mln. dollar zərər vuracaq
Region
- 27 iyun, 2019
- 09:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyadan Gürcüstana turist axınının azalması ölkəyə ilin qalan hissəsində, təxminən, 200-300 mln. dollar zərər vuracaq.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, bu, ilkin hesablamalar əsasında əldə olunan rəqəmlərdir.
Sənədə əsasən, bu xarici şok ödəmə balansı və buna müvafiq olaraq larinin məzənnəsinə də təsir göstərəcək.
Bankdan bildirilib ki, Rusiya şokuna baxmayaraq, Gürcüstanın ödəmə balansı ilin yekunlarına əsasən ötən illərlə müqayisədə yaxşılaşacaq.
Milli bank ölkə vətəndaşlarını bir daha gəlir əldə etdikləri valyuta ilə kredit götürməyə çağırıb.
Son xəbərlər
12:38
AFFA 8 komandaya texniki məğlubiyyət verib
Futbol
12:37
Foto
Baş Prokurorluqda "Zəfər Günü" münasibətilə tədbir keçirilib
Hadisə
12:37
Deputat: "Aqrar islahatlar kiçik fermer təsərrüfatlarının inkişafını da əhatə etməlidir"
ASK
12:32
Ermənistan Rusiyanın məhdudiyyətlərinə görə ixracatçılara təxminən 40 milyon dollar ayırıb
Region
12:31
Anar Axundov: Azərbaycan iqtisadiyyatında şaxələndirmə siyasəti öz bəhrəsini verir - Əlavə olunub
Daxili siyasət
12:27
Nazir müavini: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
Biznes
12:26
Qazaxıstan benzin və neft məhsullarının ölkədən çıxarılmasına qadağanı uzadıb
Energetika
12:23
Sabah yağış yağacaq, şimşək çaxacaq
Ekologiya
12:23
Foto
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
İnfrastruktur