Liberiya bayrağı altında üzən tanker Qara dənizdə hücuma məruz qalıb
Region
- 07 oktyabr, 2026
- 00:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Pilotsuz katerlər Qara dənizdə, Soçi yaxınlığında Liberiya bayrağı altında üzən "Aframaks Rio" tankerinə hücum edib.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın Nəqliyyat Nazirliyinin məlumatında deyilir.
Qeyd olunub ki, zərbə nəticəsində gəmidə yanğın baş verib, Sirius çimərlikləri istirahət edənlər üçün bağlanıb.
"Tankerə hücum nəticəsində başlayan neft yanğınının söndürülməsinə yalnız onun intensivliyi azaldıqdan, xilasedici gəmilərin təhlükəsiz yaxınlaşması mümkün olduqdan sonra başlamaq olacaq", - nazirlikdən dəqiqləşdiriblər.
Qurumun məlumatına görə, gəminin 23 nəfərlik heyəti (Hindistan vətəndaşlarıdır) xilas edilib. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Son xəbərlər
03:48
Venesuelaya yeni xarici işlər naziri təyin edilib
Digər ölkələr
03:27
Çexiyalı milyarder "Ray-Ban" holdinqi üçün 30 milyard avro təklif edib
Biznes
02:48
"Anthropic" ABŞ hökumətini geridə qoyaraq "SpaceX"in ən böyük müştərisi olub
Digər ölkələr
02:36
"Fars": İranın cənub-şərqində partlayışlar olub
Region
02:10
Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb
Maliyyə
01:55
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
Digər ölkələr
01:43
"Turan" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
Komanda
01:28
Tramp ABŞ üçün milyonlarla barel Venesuela neftinin hasilatını elan edib
Digər ölkələr
00:45
Tramp tariflərdən sonra Kanada ilə münasibətlərin yaxşılaşdığını açıqlayıb
Digər ölkələr