Kemerovodakı faciə ilə bağlı Rusiyada birgünlük matəm elan edilib
Region
- 27 mart, 2018
- 10:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 mart. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin Kemerovoda baş vermiş faciə ilə bağlı martın 28-də Rusiyada matəm elan edilməsinə dair sənəd imzalayıb.
Bu barədə "Report" Kremlin Mətbuat xidmətinə istinadən xəbər verir.
Sərəncamla ölkə daxilində və xaricində rəsmi dövlət inzibati binalarının üzərindəki Rusiya bayraqları endiriləcək.
Qeyd edək ki, martın 25-də Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı" Ticarət-Əyləncə Mərkəzində yanğın baş verib. Alov binanın sonuncu mərtəbəsində, kinozalların olduğu ərazidə qeydə alınıb. Bazar günü olduğundan burada çox sayda uşaq olub.
Son məlumata görə, yanğın nəticəsində 64 nəfər həlak olub, onlardan 41-i uşaqdır.
Son xəbərlər
17:30
NK ixracda kompensasiya dəstəyi verilməyəcək əməliyyatların və şəxslərin siyahısını təsdiqləyib
Biznes
17:28
Fransadakı etiraz aksiyalarına görə PSJ-nin oyununun vaxtı dəyişdirilib
Futbol
17:28
Milli Məclisin növbəti plenar iclası oktyabrın 27-də keçiriləcək, 12 məsələ müzakirə ediləcək - Yenilənib
Milli Məclis
17:26
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Biznes
17:26
Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib, ölən və xəsarət alan var
Hadisə
17:24
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 11 %-dən çox artırıb
Biznes
17:24
Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir
İnfrastruktur
17:15
Blokada səbəbindən İranın cənub limanlarında idxal 25 % azalıb
Region
17:15
EDB Mərkəzi Asiya və Cənubi Qafqaz üçün birbaşa investisiyalar fondunun həmtəsisçisi olub
Maliyyə