Ermənistan Türkiyəyə diplomatik pasportu olanlar üçün quru sərhədinin açılmasını təklif edib
Region
- 15 aprel, 2022
- 05:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İrəvan və Ankara Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr Sərdar Kılıç və Ruben Rubinyan arasında növbəti görüşün Vyanada keçirilməsi barədə razılığa gəliblər.
“Report” "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, görüş tarixi dəqiqləşdirilir. Həmçinin vurğulanıb ki, İrəvan Ankaraya münasibətlərin normallaşması çərçivəsində diplomatik pasportu olan şəxslər üçün quru sərhədlərin açılmasını təklif edib.
Qeyd edək ki, ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında görüşün Vyanada keçiriləcəyini açıqlamışdı.
Son xəbərlər
16:23
Serbiyanın hakim partiyası Vuçiçin anasına hücum edildiyini bildirib
Digər ölkələr
16:10
Foto
Musa Qasımlı: Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir
Xarici siyasət
15:58
Foto
AFFA prezidenti Rövşən Nəcəf Hövsan Yarış Kompleksini ziyarət edib
Komanda
15:56
Foto
Sumqayıtda beş avtomobil toqquşub
Hadisə
15:55
Foto
Bakıda "Torpaq" adlı qrup sərgisi açılıb
Mədəniyyət siyasəti
15:45
Foto
"Pampuşun səyahəti" kitabının təqdimatı keçirilib
Mədəniyyət siyasəti
15:38
Fransada etiraz aksiyaları zamanı 1 300-dən çox şəxs saxlanılıb
Digər ölkələr
15:27
"Real"ın qapıçısı "Barselona" ilə oyunu buraxacaq
Futbol
15:07
Foto
Yeniyetmə güləşçilər arasında Naxçıvan birinciləri müəyyənləşib
Komanda