İran sahillərində qaçaqmalçılıq yolu ilə 700 min litrdən çox neft daşıyan tanker saxlanılıb
Region
- 29 iyul, 2024
- 11:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri Fars körfəzində qaçaqmalçılıq yolu ilə 700 min litrdən çox neft daşıyan tankeri saxlayıb.
"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi SEPAH-ın məlumatına istinadən bildirib.
Qeyd edilib ki, Toqo bayrağı altında üzən “Pearl G” tankeri iyulun 26-da “Araş” yatağı ərazisində saxlanılıb.
Gəminin göyərtəsində olan doqquz ekipaj üzvünün hamısı Hindistan vətəndaşıdır. Agentlik qeyd edib ki, tanker Dubayda yaşayan İraq vətəndaşına məxsusdur.
Son xəbərlər
14:32
Xətai Tibb Mərkəzində bütün mürəkkəb göz əməliyyatları icra olunacaq
Digər
14:22
TƏBİB tabeliyində fəaliyyət göstərən xəstəxanalarda xidmət çeşidləri artırılacaq
Sağlamlıq
14:21
Foto
Video
"Baku Steel Company" "Baku Steel Art 2026" layihəsində sənaye ilə incəsənəti bir araya gətirir
İncəsənət
14:21
MKA "WhatsApp"da yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edib
İKT
14:20
Bu gün Xətai Tibb Mərkəzində Göz Xəstəlikləri və Cərrahiyyəsi Şöbəsi fəaliyyətə başlayır
Sağlamlıq
14:17
Lavrov: Moskva yaxın vaxtlarda "3+3" regional formatında görüşün keçiriləcəyinə ümid edir
Region
14:13
Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib
Digər ölkələr
14:07
Cənubi Koreya və Türkiyə prezidentləri müdafiə və AES sahəsində əlaqələri genişləndirəcək
Digər ölkələr
14:06
Arseniy Djioyev Azərbaycan idmançılarının reytinqində birinci pilləyə yüksəlib
Fərdi