Hakan Fidan: Bakı ilə İrəvan arasındakı sülhün təmin edilməsinin son mərhələsindəyik
Region
- 10 dekabr, 2024
- 20:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsində son mərhələyə gəlmişik.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışında bildirib.
“Cənubi Qafqaz bölgəsində sülh üçün bir ümid işığı var. Azərbaycanla Ermənistan arasında sülhün təmin edilməsinin son mərhələsindəyik. Ölkəmiz ikitərəfli danışıqları dəstəkləyir”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Qarabağın işğaldan azad edilməsi nəticəsində yaranan tarixi imkanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə sonuclanmasını arzu etdiyini” demişdi.
Son xəbərlər
07:56
NYT: Demokratların ABŞ Senatına nəzarət etmə ehtimalı 95 %-dir – Yenilənir-2
Digər ölkələr
07:41
"Yonhap": KXDR Yapon dənizinə naməlum mərmi atıb
Digər ölkələr
07:19
Haiti Salvadorla birlikdə silahlı dəstələrə qarşı genişmiqyaslı əməliyyata başlayıb
Digər ölkələr
06:53
Kim Çen In Şimali Koreyanın yeni hərbi gəmisinin tikintisini yoxlayıb
Digər ölkələr
06:25
"Politico": AK Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı "ehtiyatlı" plan hazırlayır
Digər ölkələr
06:09
Tramp: Rusiya və Ukrayna razılaşmaya yaxındır
Digər ölkələr
05:14
Rusiyanın cənubunda "Ozon" logistika mərkəzində dron hücumundan sonra yanğın olub
Region
04:47
Ağdaş və Göyçayın bir sıra ərazilərində bu gün işıq olmayacaq
Energetika
04:28
Tramp: ABŞ-nin yaxın vaxtlarda İrana zərbə endirmək planı yoxdur
Digər ölkələr