Gürcüstanın Şovi kurortunda baş verən sürüşmə nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb
Region
- 17 avqust, 2023
- 14:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın Şovi rayonunda baş verən sürüşmə nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, xilasedicilər Şovi yüksək dağ kurortunda (Raça-Leçxumi bölgəsi - Kvemo Svaneti) təbii fəlakət zonasında daha bir nəfərin meyitini tapıb, bununla da qurbanların sayı 27-yə çatıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi daha 6 nəfərin meyitinin axtarışlarının davam etdiyini bildirib.
Şovi dağ kurortunda baş verən sürüşmənin 14-cü günündə çay yatağında ağır texnikadan istifadə edilməklə axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, avqustun 3-də Şovi dağ kurortunda sürüşmə baş verib. Xilasedicilər fəlakət bölgəsindən 200-dən çox insanı təxliyə edə bilib.
Son xəbərlər
11:03
Lu Mey: "Çin Azərbaycana idxalda ən böyük tədarükçü olaraq mövqeyini qoruyur"
Xarici siyasət
11:02
Azərbaycan əməyin ödənişi xərclərini 16 % artırır
Maliyyə
11:02
Azərbaycan əcnəbilər üçün bir sıra dövlət rüsumları müəyyən edir
Maliyyə
11:01
Azərbaycanda xidməti pasport verilməsi və yaxud dəyişdirilməsi üçün dövlət rüsumu alınacaq
Maliyyə
11:01
Azərbaycanda bəzi hallarda sürücülük vəsiqəsi dövlət rüsumu alınmadan dəyişdiriləcək
Maliyyə
11:00
Nazirlər Kabinetinin saxlanılması xərcləri 33 %-dən çox artırılır
Maliyyə
11:00
Milli Məclisin saxlanılması xərcləri 39 % artırılır
Maliyyə
11:00
"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır!
Biznes
10:58
Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm başlayır
Komanda