Gürcüstanda rusiyalı turisti öldürməkdə şübhəli bilinənlər həbs ediliblər
Region
- 07 yanvar, 2025
- 07:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanda həyat yoldaşı ilə birlikdə tətildə olan rusiyalı iş adamının qətlində şübhəli bilinən iki nəfər həbs edilib.
“Report” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
"1986 və 1992-ci il təvəllüdlü iki şəxs Viktor Solovyovu qarət edib, ona atəş açıb və cinayətin izlərini gizlətmək üçün cəsədini Nakra çayına atıblar. Şübhəlilər həbs edilib", - nazirlikdən bildirilib.
Onlar 16 il və daha çox, eləcə də ömürlük həbs cəzası ala bilərlər. Bu şəxslərə Gürcüstan Cinayət Məcəlləsinin soyğunçuluq, qətl, odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və gəzdirilməsi maddələri ilə ittiham irəli sürülüb.
Son xəbərlər
15:06
Mərkəz: Balıq istehsalı maya dəyəri və iqtisadi səmərəlilik baxımından üstün ola bilər
ASK
15:02
Foto
Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edib
Hadisə
14:58
Azərbaycanda 10 aylıq sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları açıqlanıb
Maliyyə
14:58
Azərbaycanda 10 ayda vergi daxilolmaları 16 milyard manatdan çox olub
Maliyyə
14:50
Xidmət rəsmisi: "Bir çoxları akvakultura fəaliyyətini formalaşdırandan sonra su barədə fikirləşib"
ASK
14:49
İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək - Eksklüziv
Xarici siyasət
14:47
Hörmüz boğazında tanker minaya düşdükdən sonra yanıb
Digər ölkələr
14:46
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
Fərdi
14:40
Foto
Ukraynadan Azərbaycana gətirilən yağda uyğunsuzluq aşkarlanıb
Sağlamlıq