Gürcüstan Prezidenti: "Azərbaycan və Ermənistan XİN başçılarının görüşü regional sabitlik üçün müsbət addımdır"

Region
  • 18 iyul, 2022
  • 16:03
Gürcüstan Prezidenti: Azərbaycan və Ermənistan XİN başçılarının görüşü regional sabitlik üçün müsbət addımdır
Salome Zurabişvili

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tbilisidəki görüşü regional sabitlik üçün müsbət addımdır".

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili tviter hesabında yazıb.

XİN başçılarının görüşünü alqışlayan dövlət başçısı qeyd edib ki, bu, eyni zamanda Tbilisinin bölgədə sülh təşviqçisi kimi tarixi rolunu ifadə edir.

44 filmi