Gürcüstan hökuməti daha bir il məhdudiyyətlər tətbiq edə biləcək
Region
- 22 dekabr, 2021
- 12:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan hökumətinin pandemiya dövründə fövqəladə vəziyyət elan etmədən məhdudiyyətlər tətbiq etməklə bağlı səlahiyyət müddəti 2023-cü ilin yanvarın 1-dək uzadılıb.
“Report”un yerli bürosu xəbər verir ki, ölkə parlamentinin bugünkü iclasında “İctimai sağlamlıq” haqqında qanuna bununla bağlı müvafiq düzəlişlər qəbul olunub.
Qanun layihəsi 77 səslə dəstəklənib, 4 deputat əleyhinə səs verib.
Sənədə əsasən, müddətin artırılmasının məqsədi hökumətin pandemiyanın yayılmasının qarşısını alması və proseslərin idarə olunması üçün mövcud hüquqi mexanizmin saxlanılmasıdır.
Qeyd edək ki, hökumətin qüvvədə olan səlahiyyət müddəti 2022-ci ilin yanvarın 1-də başa çatacaq.
Son xəbərlər
21:17
Foto
Şəhid Ülvi Hacıyevin xatirəsinə həsr olunan konsert keçirilib
Daxili siyasət
21:02
Moldova və Rumıniyanın birləşməsi prosesi praktiki mərhələyə keçib
Digər ölkələr
20:58
Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb - Yenilənib
Digər ölkələr
20:42
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
Xarici siyasət
20:33
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Daxili siyasət
20:28
Azərbaycan Premyer Liqası: "Zirə" "Qəbələ"ni məğlub edib
Futbol
20:13
Minaxanım Babayeva: Zəfər bayramı Azərbaycan tarixinin ən parlaq səhifəsidir
Elm və təhsil
20:04
Video
İlham Əliyev: Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!
Daxili siyasət
19:57
Video
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
Daxili siyasət