"Fars": Hörmüzdə neft tankerində partlayış baş verib

Region
  • 24 oktyabr, 2026
  • 18:29
Fars: Hörmüzdə neft tankerində partlayış baş verib

Hörmüz boğazında iri neft tankeri partlayıb.

"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

"Yayımlanan ilkin məlumatlar Hörmüz boğazında partlayış səsinin eşidildiyini xəbər verir; xam neft daşıyan çox böyük bir tanker (VLCC) boğazdan çıxarkən hücuma məruz qalıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, "Sentinel-2" peykinə aid olan görüntüdə orada bir gəminin idarəetmə strukturunun arxasında tünd rəng dəyişikliyi diqqət çəkib.

Xatırladaq ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir. Lakin "Fars" xəbər agentliyinin dərc etdiyi insidentlə bağlı UKMTO hələ məlumat yaymayıb.

44 filmi