Ermənistanın müxalifət partiyasının liderlərindən biri istefa verib

Region
  • 20 fevral, 2017
  • 08:01
Ermənistanın müxalifət partiyasının liderlərindən biri istefa verib

Bakı. 20 fevral. REPORT.AZ/ Ermənistanda müxalifətdə olan “İrs” Partiyasının liderlərindən biri, deputat Zarui Postancanyan istefa verib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, bu haqda “Facebook” səhifəsində yazıb.

Z.Postancanyan bildirib ki, partiya prinsiplərinə əməl etmir və təşkilatdaxili ideoloji parçalanma yaranıb. O, bütün bunlara görə partiyadan istefa verdiyini açıqlayıb.  

44 filmi