Ermənistanda nazirlərin sayının ixtisarı haqqında qanun qəbul edilib
Region
- 18 aprel, 2019
- 17:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistan parlamenti nazirlərin sayının azaldılması haqqında qanun layihəsini səs çoxluğu ilə qəbul edib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, sənəd hakim “Mənim addımım” fraksiyası tərəfindən parlamentə təqdim olunmuşdu. Onun lehinə yalnız bu fraksiyanın üzvləri səs veriblər. Müxalifətdə olan Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan partiyaları isə qanun layihəsinin əleyhinə səs veriblər.
Sənəd 70 səs lehinə və 40 səs əleyhinə olmaqla qəbul edilib.
Qəbul edilən sənədə əsasən, Ermənistanda nazirlərin sayı 17-dən 12-dək azaldılacaq. Bu qanun əsasında Nazirlər Kabinetinin 200-yə yaxın əməkdaşı ixtisar olunacaq.
Son xəbərlər
13:52
Video
İspaniyada iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb - Yenilənib
Digər ölkələr
13:48
Azərbaycan boksçularının 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb
Fərdi
13:43
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Milli Məclis
13:39
ADSEA: Şirvan kanalından Hacıqabul gölünə su axıdılacaq
İnfrastruktur
13:29
Vəzifəli şəxslərə kənar fəaliyyətlərlə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq
Milli Məclis
13:27
Abas Miskərli: "Sığorta sektorunda investisiya alətlərinin azlığı əsas problemdir"
Maliyyə
13:26
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiq edib
Region
13:23
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
Milli Məclis
13:17
ASA: Likvidlik tələbləri investisiya qərarlarına ciddi təsir göstərir
Maliyyə