Ermənistan XİN-in saytından “Dağlıq Qarabağ problemi” bölməsi silinib
Region
- 12 fevral, 2024
- 20:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) saytından “Dağlıq Qarabağ problemi” bölməsi silinib.
“Report” xəbər verir ki, bu barədə erməni politoloq Sergey Melkonyan sosial şəbəkələrdə yazıb.
“Ermənistan Xarici İşlər Nazirliyinin saytında həmişə “Dağlıq Qarabağ problemi” bölməsi olub. Bölmə erməni, rus, ingilis və fransız dillərində mövcud idi. Bu səhifə indi bütün dil versiyalarından silinib”, - politoloq qeyd edib.
“Əgər bu texniki səhv deyilsə (buna şübhə edirəm), onda Ermənistan artıq texniki və rəsmi olaraq Azərbaycanla həmrəydir. Dağlıq Qarabağ problemi artıq mövcud deyil”, - o əlavə edib.
Son xəbərlər
16:28
Azərbaycanda 9 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 400 mindən çox şəxs qəbul edilib
Biznes
16:27
Hesablama Palatasına yeni auditor təyin edilir
Maliyyə
16:26
ABŞ və Mərkəzi Asiya ölkələri TBNM-i birgə inkişaf etdirmək niyyətindədir
İnfrastruktur
16:24
Səhiyyədə struktur dəyişiklikləri dövlətin uzunmüddətli islahatının yeni mərhələsidir - Rəy
Sağlamlıq
16:23
Azərbaycanda 9 ayda 345 mindən çox "ASAN İmza" sertifikatı verilib
Biznes
16:22
Foto
Kiyev Rusiya ordusunun növbəti kütləvi hava hücumuna məruz qalıb – Fotoreportaj
Digər ölkələr
16:22
Tovuz və Goranboyda aqrar sahədə tədbirlər keçiriləcək
ASK
16:21
Azərbaycanda futbol klublarının lisenziyalaşdırma prosesində peşəkar kadr çatışmazlığı mövcuddur
Futbol
16:18
Foto
Sahibə Qafarova Bişkekdə "Ata-Beyit" Memorial Kompleksini və Çingiz Aytmatovun ev-muzeyini ziyarət edib
Xarici siyasət