Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə qədim qəbir aşkar olunub
Region
- 07 fevral, 2019
- 16:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi. 7 fevral. REPORT.AZ/ Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Ağaməmmədli kəndində qədim qəbir aşkar olunub.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, qəbir kənd sakinlərinin torpaqda iş apardığı zaman üzə çıxıb.
Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyinin əməkdaşları qəbir tapılan ərazidə olublar və müvafiq işlər aparıblar.
Agentlik nümayəndələri bildiriblər ki, məzarlıq daş lövhələrdən tikilib. Qəbirin orta əsrlər dövrünə aid olduğu ehtimal olunur.
Qəbirin aşkar olunduğu torpaq sahəsi xüsusi lentlə əhatəyə alınıb. Yaxın günlərdə arxeoloqlar məzarlığı açaraq tədqiqat işlərinə başlayacaqlar.
Son xəbərlər
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr